Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ceyms Fenimor Kuper | |
---|---|
ing. James Fenimore Cooper | |
Doğum tarixi | |
Doğum yeri | Berlinqton, Nyu-Cersi, ABŞ |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Kuperstaun, Nyu-York ştatı, ABŞ |
Vəfat səbəbi | qaraciyər sirrozu |
Vətəndaşlığı | Amerikalı |
Milliyyəti | Amerikan |
Təhsili | Tam orta |
Fəaliyyəti | Yazıçı |
Fəaliyyət illəri | 1820-1851 |
Əsərlərinin dili | İngilis |
İstiqamət | Romantizm |
Janr | Tarixi |
İlk əsəri | "Ehtiyat" (Precaution, 1820) |
Tanınmış əsəri | |
Ceyms Fenimor Kuper Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyms Fenimor Kuper (ing. James Fenimore Cooper; 15 sentyabr 1789 - 14 sentyabr 1851) — məşhur Amerika yazıçısı. Amerika romantizminin ilk görkəmli nümayəndələrindən biri olan Ceyms təkcə öz vətənində deyil, eləcə də dünyanın bir çox ölkələrində yaxşı tanınır. Macəra romanlarının və ovçu Natti (Nataniel) Bamponun sərgüzəştləri haqqında çoxsaylı əsərlərin müəllifidir. Həmin seriyadan olan "Sonuncu mogikan" əsəri onun yaradıcılığının zirvəsi hesab olunur.